Korund

Korund almazdan sonra ikinci ən möhkəm qiymətli daşdır. Təbiətdə asterizm effektli (işığı ulduzsayağı əks etdirən) korundlar mövcuddur. İntensiv rəng çalarları olan şəffaf korundların zərgərlik aləmində, ənənəvi olaraq, öz adları var. Qırmızı korund yaqut kimi, göy korund isə sapfir kimi tanınır.

"Korund" termininin kökü, ehtimal ki, sanskrit sözü olan  “kurivinda”dan gəlir; sanskrit dilində yaqutu məhz belə adlandırırdılar. Tacirlər və zərgərlər vaxtilə korundun müxtəlif variantlarının adlarında tez-tez "şərq" adından istifadə edirdilər ki, bu da çox güman ki, daşın keyfiyyətinəişarə idi. Hal-hazırda sintetik korund istehsalı sənaye yolu ilə aparılır.
Bir çox ölkədə qırmızı korund ehtiras və şəhvətli sevgi rəmzi kimi qəbul edilmiş, cinsi enerjini toplamağa kömək edən daş kimi tanınmışdır. Mavi və göy korund, əksinə, şəhvət hissini soyutmaq qabiliyyətinə malikdir.

Hesab edilir ki, qırmızı korund sinir sistemi, qan dövranı orqanları, onurğa sütunu və oynaqlarla bağlı xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Bu rəngdə olan korund yuxu pozuntusu ilə mübarizə aparmağa kömək edir. Mavi və göy korund təzyiqi aşağı salmağa, yuxusuzluğun öhdəsindən gəlməyə yardım edir. Belə bir fikir var ki, bu rəngdə olan korund göz xəstəliklərinin müalicəsində faydalıdır. Litoterapevtlərin fikrincə, göy korund osteoxondrozun səbəb olduğu bel ağrılarını yüngülləşdirə bilir.