Dağ bülluru

Bu mineralın adı yunan sözü olan kristallos sözündən götürülmüşdür ki, bu da "buz" deməkdir. Güman edilir ki, bu termini qədim yunan alimi Teofrast tətbiq etməyə başalmışdır. Bu əlvan daşın belə soyuq adının olması təsadüfi deyil. Belə ki, qədim xalqlar dağ büllurunun bərkimiş buz parçası olduğunu düşünürdülər. Dağ büllurunun xarakteri haqqında belə bir anlayış elə möhkəmlənmişdi ki, hətta orta əsrlərə aid elə mənbələrə rast gəlmək olar ki, orada dağ bülluru belə təsvir olunur: "...təmiz büllur-bu uzun illər bərkimiş buzdur...".

Rusiyada 19-cu əsrə qədər "büllur" və "kristal" sinonim hesab edilirdi. Əlvan daşın digər adları: Ərəb almazı və ya Bohema almazı.

Dağ bülluru qeyri-adi xassəyə malikdir - əlvan daş isti havada sərinlik və soyuq hava istilik hissi oyadır. Böyük Pliniy öz Təbii Tarix əsərində yazırdı: "... büllur güclü soyuğun təsiri nəticəsində yaranır ...". Büllurun bu xassəsi roma patrisləri tərəfindən uğurla istifadə olunurdu - dağ bülluru kürəcikləri ilə onlar isti havada əllərini soyudurdular.

Büllur kristalarından kürələr (onların çoxu dünyanın ən məhşur muzeylərində nümayiş olunur), qablar, möhürlər, zinət əşyaları və hətta "böyüdücü şüşə" hazırlayırdılar.

Dağ büllurundan I Pyotr üçün samovar, istiotqabı, krujka və digər əşyalar yonulub hazırlanmışdı. Öz təbiətinə görə dağ bülluru kvarsın bir növüdür və temperatur düşdüyü zaman isti sulu məhlullarının kristallaşması yolu ilə yaranır.

Dağ bülluru yüksək şəffaflığa sahibdir və cilalandıqda parıldayır. Müxtəlif qatışıqların olması dağ bülluruna müxtəlif rəng çalarları verir:  yasəməni, qızılı, bozumtul, çəhrayı.

Dağ büllurunun müalicəvi xassələrinə onun dezinfeksiya etmə imkanı aiddir. Qədim zamanlarda bu xüsusiyyətləri nəzərə alınaraq imperatorlara, hökmdarlara badə və qədim yunan əsatirlərində isə hətta tanrılara piyalə düzəldilirdi. Tibetdə dağ büllurunu bu məqsədlə yaraların üzərinə qoyurdular.

Bu gün alimlər mineralın dezinfeksiya təsirini təsdiq edirlər. Belə ki, büllurdan keçən ultrabənövşəyi şüalar bakteriyaları öldürür.

Büllurun sehirli xassəsi onun sahibini gecə qarabasmalarından qoruyur və  ona güclü intuisiya verir. Əbəs yerə deyil ki, büllur - falçıların və cadugərlərin istifadə etdikləri əsas daşdır.

Dağ bülluru əhval-ruhiyyəni yüksəldir və istilərin öhdəsindən gəlməyə kömək edir. Şəffaf dağ bülluru istisnasız bütün bürclər tərəfindən istifadə oluna bilər.