Haqqımızda

Haqqımızda
Azərbaycan həm odlar diyarı həm də küləklər ölkəsi olmaqla son dərəcə gözəl ölkədir, sanki məğrur qartal Xəzərin itaətsiz sularını yarıb girir.

Azərbaycan dünyaya çox böyük insanlar və siyasi xadimlər alim və şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və rəssamlar vermişdir.

Azərbaycan xalqının yaradıcılığı çoxşaxəlidir və digər xalqların yaradıcılığından fərqləndirən xüsusiyyəti onun milli çalarlarıdır ki, bu da istənilən sahədə öz əksini tapır.

"GAGA STONES" qrupu təbiətin ən gözəl və nadir əsərlərindən biri olan qiymətli daşlar ilə işləyir. Qrup bu gözəlliyi Azərbaycan xalçalarının əlvan nümunələrində əks etdirmək, memarlıq abidələri nümunələrinin parıltısını göstərmək və  ölkəmizin zərgərlik məmulatlarına yeni bir rakursdan baxmaq qərarına gəldi.

"GAGA STONES" qrupu ümid edir ki, gözəllik vurğunları bizim işlərimizi qiymətləndirəcəklər.